Təqvim

Xəzər Universitetində Avropa Ittifaqının institusional monitorinqi keçiriləcək

Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ layihələrinə yenidən baxış olacaqdır

26-27 noyabr 2019-cu il tarixində Xəzər Universitetində Avropa Ittifaqının institusional monitorinqi keçiriləcəkdir.

İnstitusional monitorinqdə indiyə qədər Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş və ya Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ layihələrinə yenidən baxış olacaqdır. Layihələri həyata keçirən məsul şəxslər bitmiş layihələrin nəticələri və təsirləri, hazırda davam edən layihələrin mövcud vəziyyəti, yeni yazılmış layihələr üzrə gələcək planlar haqqında məlumat verəcəklər. Bu layihələr nəzdində əldə edilmiş avadanlıqlara, yaradılmış mərkəzlərə xüsusi baxış keçiriləcəkdir.

Əlavə olaraq Avropa İttifaqıdnan və Milli Erasmus ofisindən gələn nümayəndələr universitet rəhbərliyi və universitetdə fəaliyyət göstərən bəzi ofis və mərkəzlərin nümayəndələri ilə görüşlər keçirəcək və gələcək əməkdaşlıq barədə müzakirələr aparacaqlar.

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close