Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Mingəçevir xəbərləri
Mingəçevir
Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.
Mingəçevirli şahmatçının növbəti beynəlxalq uğuru
Mingəçevirli şahmatçı Mehriban Əhmədli 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatının gümüş medalına layiq görülüb.
Oktyabrın 29-da Monteneqronun Budva şəhərində start götürən yarışda 90 şahmatçı iştirak edib. Mehriban Əhmədli…
Mingəçevirdə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
Noyabrın 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü – Tariximizin qızıl səhifəsi” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini…
Mingəçevirdə “Əl işində 44 Günün ruhu” adlı sərgi təşkil olunub
2025-ci il oktyabrın 28-də Mingəçevir Turizm Kollecində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə hazırlanmış Tədbirlər planı çərçivəsində “Əl işində 44 Günün ruhu” adlı rəsm sərgisi keçirilib.
Tədbirdə şəhid ailələri,…
Ailə münaqişəsi faciə ilə nəticələndi
Mingəçevirdə ailə münaqişəsi qanla bitib. Hadisə şəhərin Energetiklər yaşayış massivində, Yadigar Mənsurov küçəsində yerləşən binanın qarşısında baş verib.
1991-ci il təvəllüdlü Aytən Bəkirova çoxsaylı bıçaq xəsarətləri alıb. Onun sifət,…
Mingəçevirdə “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib
Mingəçevir Dövlət Dram Teatrında yazıçı və dramaturq, Prezident təqaüdçüsü Elçin Məhərrəmin “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib.
Tədbirdə şəhərin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, teatr xadimləri,…
Qarabağ kanalında batan şəxsin meyiti tapıldı
Mingəçevirdə bir neçə gün əvvəl Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.Mərkəzi Aran bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Bəxtiyar Məmmədovun cəsədi kanalın Mingəçevir ərazisindən keçən hissəsində Fövqəladə Hallar…
Mingəçevirdə faciə: Qarabağ kanalında 39 yaşlı kişi batdı
Mingəçevirdə Yuxarı Qarabağ suvarma kanalında faciə baş verib. Şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. İlkin ehtimala görə, o, ehtiyatsızlıq nəticəsində suya düşüb.
Fövqəladə…
Məktəbdə bədbəxt hadisə
Mingəçevirdə məktəbdə xoşagəlməz hadisə baş verib. 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlu 7 saylı orta məktəbdə dərs zamanı xəsarət alıb. Məlumata görə, şagirdin sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şrupuna…
Mingəçevirdə Ümumdünya Statistika Günü qeyd olunub
Ümumdünya Statistika Günü münasibətilə Mingəçevir Şəhər Statistika İdarəsində tədbir keçirilib. Toplantıya idarənin rəisi Etibar Kərimovun rəhbərliyi ilə müxtəlif idarə və təşkilatların nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə…
Mingəçevirdə faciə
Mingəçevirdə ehtiyatsızlıq nəticəsində baş verən faciə ölümlə nəticələnib.
Mərkəzi Aran bürosunun məlumatına görə, 1945-ci il təvəllüdlü Dilarə Orucova səhvən sirkə turşusu içərək zəhərlənib. Ailəsinin köməyi ilə xəstəxanaya çatdırılan…