Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Başçı gənclərin şənliyinə qatıldı

213

YAP Mingəçevir şəhər Təşkilatı Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Heydər  Əliyev Mərkəzində bayram şənliyi  keçirib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirə toplaşan gənclərin şəxsində bütün Azərbaycan xalqını, o cümlədəm mİngəçevirliləri təbrik edib, qarşıdan gələn 2017-ci ilin onlara uğur gətirəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə Gənclər Birliyinin son illər ərzində gördüyü işlərə,  köhnə ilin ən yaddan qalan hadisələrinə nəzər salınıb. Tədbirin aparıcıları qarşıdan gələn xoruz ilinin atributları haqqında məlumat verib. “Mingəçevir”  və “Nur” qruplarının ifasında mahnı və rəqslər, Şaxta baba və Qar qızın məclisə gəlişi, əyləncəli sual-cavablar tədbiri daha da şənləndirib.

Şərhlər bağlıdır.