Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT təmsilçilərinin yerli sosial-iqtisadi inkişaf proseslərində iştirak səviyyəsini artırmaq üçün

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin icrası davam edir. Layihə çərçivəsində 7-8 Yanvar 2017-ci il tarixlərdə Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təlim sessiyası keçirilib. Təlim QHT-lərin yerli ictimai xidmətlərin göstərilməsi və onların keyfiyyətinin artırılmasında, yerli özünüidarənin həyata keçirilməsində rolu, dəlil əsaslı tədqiqat metodologiyaları və məlumatlardan istifadə etməklə ictimai siyasət tövsiyələrinin hazırlanması, layihələrin yazılışı və idarə olunması kimi mövzuları əhatə edib.

İki günlük təlim sessiyasına Mingəçevir, Ağdam və Beyləqanda fəaliyyət göstərən QHT təmsilçiləri qatılıb. İnteraktiv müzakirə şəraitində keçən təlim zamanı əsas diqqət QHT təmsilçilərinin yerli sosial-iqtisadi inkişaf proseslərində iştirak səviyyəsini artırmağa imkan verən zəruri bilik və bacarıqların aşılanmasına yönəlib. Praktiki vərdişlərin inkişaf etdirilməsi məqsədilə iştirakçılar müxtəlif mövzular üzrə qrup işlərini yerinə yetirib və təqdimatlar ediblər.

Təlim iştirakçıları yerli qeyri-hökumət  təşkilatlarının yerli inkişaf proseslərində iştirakçılığının artırılması baxımından təlimin mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Təlim sessiyasının növbəti mərhələsi Quba və Şirvan regionlarında davam etdiriləcək.

Gülnarə İsmayılova 

Şərhlər bağlıdır.