Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İH yanında İctimai Şura 2023-cü ilin hesabatını verdi

İclasda sahibsiz küçə itlərinin saxlanması, yol hərəkəti qaydalarının təşviqi, mərkəzi bazarın və ictimai nəqliyyatın normal fəaliyyəti məqsədilə təkliflər səsləndilrilib

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat,  2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin işgüzar əlaqələrinin yaradılması, ictimai nəqliyyatın vaxt cədvəlinin və dayanacaqlarının qurulması istiqamətində təkliflər verilib.

Şura üzvləri  Mingəçevir Bazarının qarşısındakı sanitar vəziyyəti də müzakirəyə çıxarıb. Qərara alınıb ki, mövcud sahədə kənd təsərrüfatı məhsullarının satışı məqsədilə standartlara uyğun bazarın tikilməsi məqsədəuyğun hesab edilsin və bununla bağlı aidiyyarı qurumlara müraciət göndərilsin.

Hesabatın mətni ilə BURDAN tanış ola bilərsiniz.

Şərhlər bağlıdır.