Sosial problemlər heç birimizdən yan keçmir. Bütün bunları nəzərə alaraq, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi layihə çərçivəsində iyulun 7-də saat 10.30-da Yevlax şəhərində, Heydər Əliyev Mərkəzində sosial problemlərlə bağlı təlim təşkil edir. Təlimi birliyin rəhbəri Fərman Nəbiyev, hüquqşünas İnqilab Həsənov və layihə jurnalisti Yeganə Nəbiyeva aparacaqlar. arzu edənlər təlimdə iştirak edə bilərlər. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilir.
Şərhlər bağlıdır.