Cəmiyyət

GİZ “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda müsabiqənin nəticələrini açıqlayıb

“Mingəçevir işıqları”nın redaktoru Yeganə Nəbiyevanın məqaləsi ikinci yerə layiq görülüb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) „Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma”  regional proqramı jurnalistlər arasında “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda keçirdiyi məqalə müsabiqəsinə yekun vurub. Müsabiqəyə vergi hüququna həsr olunmuş məqalələr, o cümlədən vergitutmanın əsaslarını və prinsiplərini, vergi növlərini, onların ödənilməsini, vergi orqanlarının səlahiyyətlərini, vergi ödəyicilərinin hüquqlarını və digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr qəbul edilib. Müsabiqəyə 01 aprel 2015-ci ildən 16 may 2015-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən 15 məqalə göndərilib. Məqalələrekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı yazıların  vergi qanunvericiliyə istinad olunaraq onun normalarının tətbiqi zamanı meydana çıxan problemlərin təhlili, vergi hüququ sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman xarici təcrübəyə istinad edilməsi, yazının vergi qanunvericiliyinin təkmilləşdirilməsinin təmin olunması baxımından əhəmiyyəti,  yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı) nəzərə alınıb.

Müsabiqənan nəticəsinə görə, Elxan Salahovun «Bələdiyyə vergiləri: nə çatmaz, nə batmaz» (hafta.az saytı) məqaləsi I, Yeganə Nəbiyevanın «Fərdi repetitorlar qazanclarından niyə vergi ödəmirlər?» («Mingəçevir işıqları» qəzeti) məqaləsi II və Xalid Vahidoğlunun  «Qara mühasibatlığın» gətirdiyi problemlər (var.az saytı) məqaləsi III yerə layiq görülüb. Qaliblər diplom və pul mikafatı ilə təltif edilib.

XALID

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close