Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət qulluqçuları daim diqqətdədir

“Mingəçevirdə 2015-ci il yanvar ayının 1-nə 203 nəfər ştat cədvəli üzrə dövlət qulluqçusu vəzifəsi təsdiq olunduğu halda, faktiki olaraq dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı 192 nəfər  olub. Həmin tarixə dövlət qulluğunda çalışanların          43,2%-ni və ya 83-nü  qadınlar təşkil edıb. Dövlət qulluğunda işləyənlərin 69,8%-i və ya 134 nəfəri inzibati vəzifələrin 4-7-ci təsnifatları üzrə, 30,2%-i və ya 58 nəfəri isə dövlət qulluğunun yardımçı vəzifələrində çalişirlar. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 5,2%-i 1 ilə, 15,7%-i 1 ildən 5 ilə, 17,2%-i 5 ildən 10 ilə, 20,9%-i 10 ildən 15 ilə və 41,0%-i  15 il və daha çox qulluq stajına malikdirlər. Onların 6,7%-i 30 yaşa qədər, 12,0%-i 30-34 yaşda, 23,1%-i 35-44 yaşda, 27,6%-i 45-54 yaşda, 23,9%-i 55-62 yaşda, 4,5%-i 63-64 yaşda və 2,2%-i isə 65 və yuxarı yaşda olanlardır. Bu vəzifələrdə çalışanların 3,0%-ni yerli icra başçısının müavinləri, 11,2%-ni şöbə müdirləri, 6,0%-ni şöbə müdirinin müavinləri, 11,2%-ni sektor müdirləri, 22,4%-ni baş məsləhətçilər, 3,7%-ni böyük məsləhətçilər, 17,9%-ni aparıcı məsləhətçilər və 24,6%-ni isə məsləhətçilər təşkil edir” .

Bu barədə Mingəçevir Statistika İdarəsinin rəisi Etibar Kərimov dövlət qulluqçularının peşə bayramı münasibətilə şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda məlumat verib. Yığıncağa təopalaşanları peşə bayramı münasibətilə təbrik edən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə deyib ki, bu şəhəri sevən, onun abadlaşmasına, özəlləşməsinə qüvvəsini sərf edən, Mingəçevirdə I Avropa Oyunlarının yüksək səviyyədə keçməsi üçün güclərini əsirgəməyən dövlət qulluqçularına daim diqqət göstərilir: “Bu diqqətin nəticəsidir ki, dövlət qulluqçularının maaşı mütəmadi olaraq artırılır. 2014-cü ildə Mingəçevirdə dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 471 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 135 manat 80 qəpik və ya 40,5% çoxdur. İnzibati vəzifələr üzrə rəhbər işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki illə müqayisədə 213 manat 10 qəpik və ya 42,1% artaraq 718 manat 70 qəpik, qadınların orta aylıq nominal əmək haqqı isə 379 manat 70 qəpik və ya 2,2 dəfə artaraq, 702 manat 10 qəpik olmuşdur”.

DSMF Mingəçevir şöbəsinin müdir müavini Məmmədrahim Həsənov, Mədəniyyyət şöbəsinin müdiri Tahir Əzizli, İH-nin məsul işçiləri İmran Yusifov və Rizvan Mikayıllı arzu və təkliflərini bildiriblər. dövlət qulluğunda uzun ullər və səmərəli fəaliyyətinə görə hazırda təqaüddə olan Mayıl Hüseynov İH adından Fəxri Fərman təqdim olunub.

Şərhlər bağlıdır.