Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kür üstündəki şəhər növbəti kino bayramına hazırlaşır

Festivalın açılışı noyabrın 19-da saat 16-da Mingəçevir Politexnik İnstitutunun akt zalında “Bizim Məktəb” (Mino Nikoara, Miruna Koka-Kozma/ABŞ, İsveçrə/2011/90 dəq) və “Xarabalıq hekayələri: Qyuri” (Andrey Daskalesk/Hollandiya, Rumıniya/2010/8 dəq) filmlərinin nümayişi ilə başlayacaq.

Festivalın davamı Mingəçevir Media Mərkəzində (Rəsul Rza küçəsi, 23) olacaq:

20 noyabrda saat 11:00-da “Qızıl Payız” (Yan Tethaven/Avstriya, Almaniya/2010/54 dəq), 17:00 -da “Gürcüstan Qadınları” (Levan Kouqaşvili/Gürcüstan, ABŞ/2009/54 dəq), 21 noyabrda 11:00-da isə “Sərhədsiz xatirələr” (Mehmet Binay, Ayaz Salayev, Levon Kalantar/Türkiyə, Azərbaycan, Ermənistan/2012/55 dəq) filmlərinin nümayişi nəzərdə tutulub. .

Giriş pulsuzdur.

Filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirə aparılacaq.

Bu barədə festivalın yerli təşkilatçısı olan \”Mingəçevir Valideynlər Assosiasiyası\” İB-nin rəhbəri Fərman Nəbiyev məlumat verib. Bu, təşkilatın 2013-cü ildə kecirəcəyi ikinci kino bayramıdır. Birinci festival bu ilin aprel ayının 8-dən 10-dək Mingəçevir Media Mərkəzində baş tutmuşdu.. Hər iki layihəyə Avropa Komissiyası dəstək göstərib.

Şərhlər bağlıdır.