Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə idarəetməni itirən avtomobil aşıb

192

Mingəçevirin yeni köçkün şəhərciyinin önündən keçən yolda avtomobil qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2199” markalı maşının önünə anidən azyaşlının çıxması sürücünün idarəetməni itirməsinə səbəb olub.

Sürücü piyadanı vurmamaq üçün manevr edərək avtomobilin istiqamətini dəyişməyə məxbur olub. Bu zaman avtomobil yol qırağındakı maneələrə və ağaclara çırpılaraq aşıb.

Sürücü və maşında olan sərnişin yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yanğından 3 maşın zərər görüb Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alan var Mingəçevirdə ətraf mühiti çirkləndirən 3 obyekt sahibi cəzalandırılıb – FOTO

 

Şərhlər bağlıdır.