HadisəMi-TVVideo

Goranboy rayonunun Məşədiqaralar kəndində sahibsiz it 29 yaşlı gəncin cinsiyyət üzvünü dişləyib

Kənddə sahibsiz itlər xüsusilə axşam saatlarında çoxalır

APA_TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.  Belə ki, sahibsiz it 1992 – ci il təvəllüdlü kənd sakini Qarayev Toğrul Qiyas oğlunun cinsiyyət orqanını dişləyiəyərək ona ciddi xəsarət yetirib.  Yaralı xəstəxanaya yerləşdirilib.

Zərərçəkənin yaxınlarının dediyinə görə, Toğrul Qarayev kəndin mərkəzindən evə gedərkən sahibsiz it ona hücum edib.

Kənd sakinləri bildirir ki, kənddə sahibsiz itlər xüsusilə axşam saatlarında çoxalır. Onların sözlərinə görə, itlər sakinlərin həyətindən toyuqları, qazları oğurlayır, böyükdən-kiçiyə hamıya hücum edirlər.

Sahibsiz itlərin kənddə yaratdığı vəziyyətlə bağlı Goranboy rayon icra hakimiyyətinin Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsi Ziyadov bildirib ki, məsələdən xəbərdardırlar və həlli istiqamətində addımlar atılacaq.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close