Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABRAL ACADEMY TƏHSİL MƏRKƏZİ 2 YAŞINI UĞURLARI İLƏ QEYD ETDİ.

248

Mingəçevir şəhəri hər zaman təhsilə önəm verən, yenilikçi şəhər olaraq tanınmaqdadır.  Azərbaycanın 4-cü sənaye şəhəri olaraq tanınan Mingəçevir şəhərində yüksəkixtisaslı kadrlara hər zaman ehtiyac var. ABRAL ACADEMY təhsil mərkəzi yarandığı gündən məhz bu amala qulluq edir. Daim yenilənən sistemə ayaq uyduraraq hər il yüksək nəticələrlə yüzlərlə tələbənin gələcəyinə işıq tutan Təhsil Mərkəzi , Məktəbəqədər təhsil, İbtidai Sinif, İngilis Dili, Alman Dili, Rus Dili, İnformatika, Abituriyent, Magistr, Dövlət Qulluğu, MİQ, SERTFİKASİYA, YÖS, kimi fəaliyyətlər göstərir.

Bu gün Mingəçevir şəhərindən və ətraf bölgələrdə yaşayan gənclər xaricdə təhsil almaq arzusunu da məhz ABRAL ACADEMY-nin fəaliyyəti nəticəsində həyata keçirir. Təhsil mərkəzinin təsisçisi və rəhbəri Tural Abdurahimov, UCLAN və ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşən Massaçusets Texnologiya İnstitutunun yetirməsidir. Bildiyimiz kimi  “Kompüter texnologiyalarının mərkəzi” adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir.

Sevindirici haldır ki, A. Tural müəllim dünyanın nüfuzlu universitetlərində qazandığı yüksək təcrübələri hal hazırda ABRAL ACADEMY -də öz tələbələrinə tədris edir. Onlara Avropa, Amerika Universitetlərində təhsil imkanları yaradan Tural müəllim Akademya yarandığı gündən  yüksəkixtisaslı müəllim kollektivinin gücünə və nəticələrinə güvəndiyi üçün tələbələrin qəbuluna 100 faiz zəmanət verir.

Qeyd edək ki, Abral Academy Təhsil Mərkəzində, məktəbəqədər hazırlıq qruplarında tədris ingilis və rus dillərində keçilir. burada həmçinin inkuliziv təhsildə mövcuddur. Bütün fəaliyyətini təhsilə, elmə yönəltmiş bu mərkəzin tələbələrinə sloqanı da özünü doğruldur. #HƏRŞEYSİZİNÜÇÜN.

MÜƏLLİF: AYNUR ARAZ

Şərhlər bağlıdır.