Mingəçevir sakini “Azərlotereya” ASC-nin “Şans ulduzu” ani lotereyasında 10.000 manat qazandı
Uzun illərdir lotereya alan və tez-tez irili-xırdalı uduşlara sahib olan Mingəçevir sakini Mirzəyev Alıyar Sərdar oğlu 10.000 manat qazanıb. Bu haqda “Azərlotereya” ASC-nin nümayəndəsi Seymur Teymurov qəzetimizə məlumat verib. O, özünü şanslı insan hesab edən A.Mirzəyevin fikirlərini də çatdırıb: “Bundan öncə də iri məbləğdə pul udmuşdum, 5.000 manat qazanmışdım. Bu dəfə isə bəxt üzümə güldü və qazancım 10.000 oldu.”.
S.Teymurovun dediyinə görə, “Şans ulduzu” ani lotereyasında 50.000 manat həcmində böyük uduşlar və milyonlarla digər uduşlar öz şanslı qaliblərini gözləyir: “Yeni “Poz, Qazan” biletlərini lotereya satış nöqtələrində əldə etmək mümkündür. “Qızıl”, “Şans ulduzu” və “Brilliant” ani lotereyalarını əldə edərək “Azərlotereya” ilə şansınızı gözlətməyin”.
Şərhlər bağlıdır.