Bizimlə həyatınız həmişə işıqlı olacaq!

GƏNC İDMANÇI VƏHŞİCƏSİNƏ QƏTLƏ YETİRİLDİ.

2006-cı il təvəllüdlü Yevlax şəhər sakini Turan Rüstəmov qətlə yetirilib.
Yevlax rayon Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alan Turan Rüstəmov Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
XI sinif şagirdi CUDO üzrə idman yarışlarının qalibi Rüstəmov Turan Zəka oğlunun dəhşətli şəkildə qətlə yetirilməsi xəbəri bütün müəllim və şagird kollektivini o cümlədən yeniyetmələr arası idmançılarıda dərindən sarsıdıb.
Qeyd edək ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.
ALLAH RƏHMƏT ELƏSİN!

Şərhlər bağlıdır.