Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclər və idman naziri Mingəçevirdə

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonundan 50-ə yaxın vətəndaş iştirak edib. Nazirə yazılı və şifahi formada müraciət edən vədəndaşlar daha çox rayonlarda idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası və digər məsələlərlə bağlı olub. Bir neçə idman müəllimi isə dərs saatının artırılması üçün nazirə müraciət edib.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Gənclər və idman nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbuldan sonra nazir qəbula gələn rayonların gənclər və idman idarələrinin rəisləri ilə görüşüb, onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.
Mediaya açıqlama verən nazir deyib ki, müraciətlərin əksəriyyəti ipoteka krediti ilə bağlı olub: “Güzəştili ipotekaların verilmsi ilə bağlı layihə hazırdır, yeni ideyalar var, bu ideyalar əsasən regionlara ipoteka verilməsinə kömək edə bilər”.

Şərhlər bağlıdır.