Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yerli icra hakimiyyətlərinin ləğvi gözlənilir

225

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyinatı ölkədə yeni idarəetmə modelinə başlanacağı ilə bağlı çoxdan gəzən söhbəti yenidən gündəmə gətirdi.

Ölkə başçısının dekabrın 1-də imzaladığı sərəncama əsasən Emin Hüseynov Qarabağ iqtisadi rayonunda (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyətə başladı. Ekspertlər bu təyinatı yerli icra hakimiyyətlərinin ləğvinin və iqtisadi rayonlar üzrə idarəetmənin başlanğıcı kimi dəyərləndirirlər. Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz faseebook səhifəsində yazıb ki, yaxın zamanlarda ölkədə yeni idraəetmə modelinə keçidi,  bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının təyin ediləcəyini proqnozlaşdırmaq olar: “Ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının hamısı ləğv edilib. Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb. Belə baxanda, hazırda  rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları və  İcra hakimiyyətləri qalıb”.

Şərhlər bağlıdır.