Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Böyük Dayaq” layihəsinin bağlanış mərasimi keçirilib

“Böyük Dayaq” layihəsinin bağlanış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Böyük Dayaq” layihəsinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları, layihənin iştirakçıları, müəllimlər, valideynlər iştirak edib.
Layihə çərçivəsində məktəblilər üçün müvafiq mövzular üzrə altı təlim, məktəb müəllimləri və valideynlər üçün iki təlim keçirilib.
Layihənin icrasına altmışdan çox məktbəli, müəllim və müəllim cəlb edilib.
Bağlanış mərasimində çıxış edən layihə rəhbəri, M.F.Axundov adına Ağcabədi rayon 3saylı məktəb-liseyin psixoloqu Məhbubə İbrahimli layihənin məktəblilər üçün faydasından danışıb. Layihənin eksperti Etiram Sadıqzadə isə çıxışında bu kimi layihələrin önəmini vurğulayıb və növbəti illərdə də regionda belə layihələrin keçirilməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, “Böyük Dayaq” layihəsinin keçirilməsində əsas məqsəd Layihənin həyata keçirilməsində məqsəd 7, 8, 9-cu sinif oğlan şagirdlərinin müəllimlik peşəsinin mahiyyəti haqqında məlumat vermək və bu peşəni gələcək ixtisas seçimi istiqamətində dəyərləndirə biləcəklərinə inandırmaqdır.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Şərhlər bağlıdır.