Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Turizm – mədəniyyətimizin müasir təbliğat strategiyası”

2016-cı il mayın 6-da Mingəçevir Turim Kollecində regionlarda mədəniyyət sahəsi üzrə ixtisaslaşmış KİV nümayəndələri üçün “Turizm–mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar keçirilib. Eyni zamanda  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytının və facebook səhifəsinin təqdimatı olub. Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov və Məzahir Qarayev, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov və KİV nümayəndələrifikirlərini bölüşüblır. Belə ki, əməkdaşlıq əlaqəsinin genişlənməsi, milli irsimizin, mədəniyyətimizin təbliğində internet resursların əhəmiyyətindən söhbət açılıb. O da bildirilib ki, təlimlərdən sonra 2-ci mərhələ kimi iş adamları ilə görüşlər planlaşdırılıb.

Rəngarəng sual-cavab sessiyasından sonra bir sıra KİV nümayəndələrinə Elmi-Metodiki Mərkəzin təşəkkürnamələri təqdim olunub.

Şərhlər bağlıdır.