Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir İcması maarifləndirmə tədbirlərini davam etdirir

Mingəçevir İcması olaraq maarifləndirmə tədbirləri davam etdirilir. Fəaliyyət planına əsasən təlimçi Şəbnəm İslamova tərəfindən “İnsanın yaşıllıqlar aləminə təsirinin ekoloji nəticələri” və “Bərpa olunan enerji mənbələri” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi iştirakçıları ekoloji problemlər, insan fəaliyyətinin təbiətə təsiri və alternativ enerji mənbələrinin əhəmiyyəti haqqında maarifləndirmək olub.

Təlim zamanı Şəbnəm İslamova insanın təbii mühitə təsirlərinin səbəbləri və nəticələri barədə geniş məlumat verib. Xüsusilə, yaşıllıq sahələrinin azalmasının ekoloji tarazlığa vurduğu ziyan, havanın çirklənməsi və biomüxtəlifliyin azalması kimi məsələlər vurğulanıb. Həmçinin, ətraf mühitin qorunmasında maarifləndirmənin rolu və insanların məsuliyyətlərinin artırılması mövzularına toxunulub.

“Bərpa olunan enerji mənbələri” mövzusunda isə külək, günəş, su və digər alternativ enerji mənbələrinin istifadəsinin əhəmiyyəti müzakirə edilib. Bu mənbələrin ənənəvi enerji istehsalı üsullarına nisbətən daha ekoloji və iqtisadi səmərəli olduğu, həmçinin karbon emissiyalarının azaldılmasına töhfə verdiyi diqqətə çatdırılıb.

Təlim interaktiv formatda keçirilib, iştirakçılar mövzu ilə bağlı suallarını vermək və fikirlərini paylaşmaq imkanı əldə ediblər. Tədbir iştirakçıları ekoloji məsələlər barədə dərin bilik əldə etməklə yanaşı, yaşıl enerji texnologiyalarının inkişaf etdirilməsinin vacibliyini daha yaxşı anladıqlarını bildiriblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.