Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirlilər Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışıblar

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü şərəfinə ümumşəhər tədbirinə  Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı nümyəndələri ümummilli liderin abidəsinin ziyarətilə başlayıblar. Bundan sonra onun adını daşıyan mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər.

Mərkəzdə “Heydər Əliyev- müstəqil Azərbaycan dövlətinin banısi, Azərbaycan xalqının əbədi lideri” mövzusunda təşkil olunan elmi-nəzəri konfransda   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edib. O, bildirib  ki, may ayının 10-da Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü öz adı  və əməlləri ilə yaşadan və inkişaf etdirən,  müstəqil  Azərbaycan dövlətinin memarı və qurucusu  Heydər Əliyevin anadan olmasının 93-cü ili tamam olur: “Hamımıza məlumdur ki, fenomenal şəxsiyyət,  əbədiyaşar lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə  ölkəmiz bütün sahələrdə yüksək inkişafa nail olub. Nəticədə regionun lider və dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.  Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm və təhslin, səhiyyə və mədəniyyətin inkişaf tarixi Heydər Əliyevin adı ilə  bağlıdır. Bu gün ölkəmizin əhatə etdiyi bütün nailiyyətlərin əsasını ulu öndərin müəyyən etdiyi siyasət təşkil edir”.

Başçı  vurğulayıb ki, müstəqil  Azərbaycan Heydər Əliyev xəttinin qətiyyətli davamçısı İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir: “Cənab Prezidentin apardığı daxili və xarici siyasət bir daha göstərir ki, artıq dünya ölkələri Azərbaycanı qəbul edir, onun reallıqlarını, həqiqətlərini təsdiqləyir. Məhz son günlər baş verən hadisələrə dünya ölkələri rəhbərlərinin göstərdikləri münasibət bunun əyani təzahürüdür”.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusifov “Ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasəti”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Könül Cabbarova “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın  milli inkişaf siyasəti”, Mingəçevir Turizm Kollecinin direktor müavini Çinarə Allahverdiyeva  “Heydər Əliyev dühası-milli qurtuluşumuzun sərkərdəsi” və  Azərbaycan İES-in şöbə müdiri, YAP ŞT Gənclər Birliyi idarə heyətinin üzvü Emin Paşayev “Müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin nəticəsidir” mövzularında məruzələr ediblər.

Şərhlər bağlıdır.