Bizimlə həyatınız həmişə işıqlı olacaq!

7 saylı məktəbin yaddaqalan tədbiri

 Mayın 6-da Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Rəşad Mirabov adına 7 saylı tam orta məktəbin kollektivi  ulu öndərin anadan olmasının 93-cü ildönümünü  qeyd edib. Rəhbərin abidəsi önünə çiçək dəstələri düzən  müəllim və şagirdlər Heydər Əliyevin həyat yolarına nəzər salan video çarxa baxdıqdan sonra maraqlı kompozisiyalarını  təqdim ediblər.

Məktəbin direktoru Anar İsmayılov ulu öndərin Azərbaycanın tarixində, o cümlədən ordu quruculuğunda misilsiz rolundan söhbət açıb: ”Azərbaycan ordusunun qurulmasında Heydər Əliyevin böyük rolu olub. Ənənəni qoruyan ordumuzun bu günlərdə öz misilsiz qəhrəmanlığının bir daha şahidi olduq”.

A.İsmayılov H.Əliyevin gənclərə verdiyi böyük önəmdən, təhsilə  töhfələrindən də danışıb: ”Azərbaycanın gələcəyi gənclərin çiyinləri üzərində qurulmuşdur”.

Müəllimlərdən Vüsalə Əliyeva, Könül Ağayeva, Könül Yusifova Azərbaycan gənclərinin xaricdə təhsilində, Azərbaycan mədəniyyətinin inkişafında,  xarici siyasətin formalaşmasında H.Əliyevin rolundan danışıblar. Şagirdlərdən  Gülsəfa Ağayeva, Nurtac Siraclı, Emil Səfərli, Nərmin Ağakişili və  Şahzadə Abışova da maraqlı məruzələrlə çıxış ediblər.

Şərhlər bağlıdır.