“Transformasiya Hüquqşünasları” Regional Akademiyası növbəti iştirakçılarını gözləyir
2001-ci ildən etibarən Almaniya Hökumətinin Qafqaz Təşəbbüsü Cənubi Qafqaz ölkələri olan Ermənistan, Azərbaycan və Gürcüstan ilə ölkələrarası əməkdaşlığı təşviq etməkdədir. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin (BMZ) təlimatına əsasən 2017-cı ildə Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH regionun gənc hüquqşünasları üçün artıq 8-ci dəfə olaraq “Transformasiya hüquqşünasları – Hüquqi transformasiya üçün hüquqi dialoq” Regional Akademiyasına sponsorluq edir.
“Transformasiya hüquqşünasları” Regional Akademiyasının məqsədi – iştirakçılar arasında peşəkar dialoq və intensiv məlumat mübadiləsini dəstəkləyən elmi və praktiki bir mühiti bərqərar etməkdir. Kurslar İngilis dilində keçiriləcəkdir.
Üç ölkədən olan 21 nəfərə qədər iştirakçılar:
- Cənubi Qafqazda hüquqi transformasiya məsələsi üzrə hüquqi dialoqa cəlb olunacaq; və
- öz hüquqi bilik və praktiki bacarıqlarını inkişaf etdirəcəkdir.
GIZ, böyük məmnuniyyətlə, Regional Akademiyanın təşkili istiqamətimdə tanınmış Hertie İdarəetmə Məktəbi (Berlin), eləcə də Bucerius Hüquq Məktəbi ilə əməkdaşlığını davam etdirir.
Regional Akademiya çərçivəsində aşağıdakı müxtəlif mövzular əhatə olunacaqdır:
• mülki hüquq və ya presedent hüquq;
• hüquqi metodologiya üzrə bacarıq təlimləri;
• politologiya və qanunun aliliyi üzrə hüquqi əsaslara dair müzakirələr üçün platforma;
• Avropa, ictimai və fərdi hüququ ilə əlaqədar seçilmiş sahələr üzrə intensiv təlimlər (məsələn, müəssisə hüququ və rəqabət hüququ);
• praktiki kommunikasiya və təqdimat bacarıqları;
• danışıqların aparılması məharəti və liderlik bacarıqları;
• kəsişən məsələlər; məsələn, korrupsiyaya qarşı mübarizə və gender.
Hər üç ölkəyə aid olan hüquqi çağırışlar və məsələlər üzrə fəaliyyət Cənubi Qafqaz regionunda Almaniya ilə əlaqəsi olan beynəlxalq peşəkar şəbəkə formalaşdıracaqdır. Regional Akademiyada əldə edilən praktik təlimlər və beynəlxalq təcrübə iştirakçıları GİZ və təşkilatın gələcəkdə həyata keçirəcəyi hüquqi və ədliyyə islahatları tədbirləri ilə əlaqədar dəyərli əməkdaşa çevirəcəkdir.
Əldə edəcəkləri yeni səriştələri gündəlik fəaliyyətlərində tətbiq etməklə yanaşı iştirakçılar öz ölkələrində hüquq və ədliyyə sistemindəki islahatların genişləndirilməsində mühüm rol oynayacaqdır.
Regional Akademiya aşağıdakı profillər üzrə Cənubi Qafqazdan olan hüquqşünaslara hədəflənir:
• hüquq sahəsində tam ali təhsil;
• Cənubi Qafqaz ölkələrində, yəni Ermənistan, Azərbaycan və ya Gürcüstanda ən azı iki illik iş təcrübəsi;
• mülki, kommersiya və ya administrativ hüquq sahəsində hüquqi və ədliyyə islahatlarında iştirak (vətəndaş cəmiyyəti, ictimai və ya özəl sektor);
• 24-35 yaş arasında olan şəxslər;
• xarici hüquq konsepsiyalarına maraq;
• İngilis dilini məqbul səviyyədə bilmək.
İki mərhələli seçim prosesi nəticəsində Cənubi Qafqaz ölkələrindən hər biri üzrə 7 iştirakçı olmaqla, ümumilikdə cəmi 21 nəfər iştirakçı seçilmişdir ki, onların da 10 nəfərini qadınlar təşkil edir.
Şərhlər bağlıdır.