Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Narkomaniya insanları ölümə doğru aparır”

Mingəçevir  şəhərinin 6 və 10 saylı tam orta məktəblərində  narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə mövzusunda polis işçilərinin məktəblilərlə görüşü keçirilib.  IX-XI sinif şagirdlərinin və məktəb rəhbərlərinin qatıldıqları tədbirdə  6 saylı məktəbin direktoru  Xurşud Zamanova  deyib ki,   mütamadi olaraq şagirdləri bu kimi mövzularla bağlı maarifləndirirlər:  “Ölkəmizin hər yerində olduğu kimi, məktəbimizdə də  narkotiklə mübarizəyə ciddi önəm verilir. Çalışırıq ki, uşaqlarımız zərərli vərdişlərdən uzaq olsunlar”.

Şəhər Polis Şöbəsinin  rəisi, polkovnik Cavid Muradov  neqativ hallara, zərərli vərdişlərə və pis əməllərə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb. O, qeyd edib  ki, narkomaniya insanları ölümə doğru aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətləri itirirlər: “Bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olması vacibdir”.

Mövzu ətrafında Polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili,  polis mayoru Emir Cavadov və İctimai təhlükəsizlik bölməsinin əməkdaşı,  polis kapitanı Rəşad Məmmədov da  fikirlərini bölüşüblər.  Onlar bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya qarşı mübarizədə  gəncləri  fəal olmağa,  neqativ hallara, zərərli vərdişlərə və pis əməllərə qarşı öz dost və yoldaşlarını  maarifləndirməyə çağırıblar. Narkoloji Dispanserin həkimi Zeynəb xanlm da tədbirdə iştirak edib.
Sonda  şagirdləri maraqlandıran suallar ətrafı cavablandırılıb.

Şərhlər bağlıdır.