Məktəbin direktoru Anar İsmayılov tədbiri açıb: “Çox az halda xalqın qəhramanlıq salnaməsi ilə faciələri üst-üst düşür. Məhz 20 Yanvar gecəsində soydaşlarımızın qəhrəmanlığı ilə fasiəsinin şahidi olduq. Azadlıq uğrunda cəsarətli oğullarımız ordunun qarşısına əli yalın çıxdılar. Bu bizim müstəqilliyimizə aparan ilk addımlarımız oldu”.
Faciə qurbanlarını sükutla yad edən tədbir iştirakçıları Azərbaycan Dövlətinin Himnini ifa ediblər. Həmin müdhiş gecənin fotoxronikasından material təqdim olunub və hadisəni xatırladan videoçarx nümayiş etdirilib.
Xb sinif şagirdi Səbinə Mustafayeva rus imperiyasının törətdiyi dəhşətlər, 19-dan 20-ə keçən gecədə Bakıdakı qorxunc vəziyyət haqda danışıb.
“Şəhidlər unudulmur” mahnısı (müəlliflər Ulduz Aşurəliyevə və Tünzalə Hüseynova) məktəblilərin göstərdikləri kompozisiyanı daha baxımlı edib.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.

Növbəti yazı
Şərhlər bağlıdır.