28 sentyabr 2024-cü il tarixində Mingəçevirdə “Mingəçevir Maarifçiləri ilə Səhər Görüşü” adlı tədbir keçirilib. Beynəlxalq Müəllimlər Günü ərəfəsində baş tutan bu görüş #eyhörmətlimüəllim təşəbbüsü çərçivəsində təşkil olunub.
Tədbirin əsas mövzusu “Yaxşı müəllim – yaxşı təhsil” idi və açıq ictimai debat formatında keçirilib. Görüşün moderatoru şəxsi inkişaf, karyera və təhsil eksperti, Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov olub.
Mingəçevir Dövlət Universitetinin və Mingəçevir 8 nömrəli məktəbin müəllimlərinin iştirak etdiyi tədbirdə təhsil sahəsində mövcud çətinliklər müzakirə edilib, onların həlli yolları axtarılıb və müəllimlərin fikir və təklifləri dinlənilib.
Tədbirin məqsədi maarifçi müəllimlərlə bir araya gələrək, təhsilin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparmaq və təcrübə paylaşmaq idi. İştirakçılar səmimi atmosferdə söhbət edərək həm maraqlı, həm də faydalı zaman keçiriblər.
Kür sahilində yerləşən “İlğım” restoranında təşkil olunan görüş, gəmi gəzintisi ilə davam etdirilib. Silsilə görüşlərin davam etdiriləcəyi və təhsil sahəsində digər vacib mövzuların da müzakirə olunacağı bildirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.