Mingəçevirdəki musiqi müəllimlərinin bayram sürprizi
Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan bayram konserti fərqliliyi ilə yadda qaldı. Tədbir zalı çiçəklərlə bəzənmışdi. Bu dəfə şagirdlər dünya və Azərbaycan bəstəkarlarının əsərlərini doğma müəllimlərinin ifasında dinləyib, ruhlandılar. Hər bir müəllim öz ifası ilə örnək oldu. Polad Osmanov, Elnarə Qarayeva, Dilbər Qurbanova, Pərvanə Soltanova, Nərmin Nəsibova, Fidan Məmmədli, Nigar Hüseynli, Elmidar Qurbanov, Turan Əliyeva, Xəyalə Rüstəmova, Xəyalə Əhmədova, Səidə Şıxəliyeva, Ülviyyə Xəlilovanın çıxışları, gənc müəllimlərdən ibarət qızlar xoru-septet dinləyicilərdə gözəl təəssüratlar yaratdı.
Məktəbin direktoru Namiq Mirzəyev xanım müəllimlərin daha artıq diqqətə layiq olduqlarını vurğuladı. O təbrik çıxışında müəllimlərin yeni nəslin yetişməsində əvəzsiz rollunu qiymətləndirdi və onlara dəyər verdiyini söylədi.
Bayram konserti yekunlaşandan sonra da şagird-müəllim təması xeyli çəkdi. Müəllim kollektivi xatirə şəkilləriylə xoş anları kameranın yaddaşına yazdı.
Şərhlər bağlıdır.