Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə bayram şənliyi Səməd Vurğun meydanında keçiriləcək

Mingəçevir bələdiyyəsi Novruz bayramı münasibəti ilə təşkil edilən ümumşəhər tədbirlərinin keçiriləcəyi S.Vurğun meydanında və parkında abadlıq-təmir işlərinə başlayıb. Park və bağ süpürülür, ağaclar budanır, meydan boyu bordürlər rənglənir, ölkə əhəmiyyətli abidə olan qapı tağları təmir olunur. Xalq şairimiz S.Vurğunun heykəli, heykəlin pedestalı yuyulub təmizlənir. Parkın giriş hissəsindəki yaşıllıq və gül kolları səliqəyə salınır.

Təmir-abadlıq işləri ilin axır çərşənbə günündə başa çatacaq.

Şərhlər bağlıdır.