İdman
İdman bayramına 500-dən artıq mingəçevirli qatılıb
Şəhər Gənclər və İdman İdarəsi Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirib

Mingəçevir şəhərində Bədən Tərbiyəsi və İdman günü münasibətilə Gənclər və İdman İdarəsi müxtəlif tədbirlər təşkil edib. Ali və orta ixtisas məktəb tələbələri arasında mini-futbol üzrə birincilik, 2002-2003-cü il təvəllüdlü yeniyetmələrin şəhər və rayonlararası futbol turniri, orta ümumtəhsil məktəbləri arasında 4×100 m. estafet və 100 m. məsafəyə sürətli qaçış yarışları keçirilib. Bu tədbirlərdə 500-dən artıq adam iştirak edib.
Mahir Əliyev