Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Məktəb-Valideyn Əməkdaşlığı Poqramı” uğurla yekunlaşdı

Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş 7 saylı məktəbin “Məktəb-Valideyn Əməkdaşlığı Proqramı” adlı layihəsi başa çatıb. 12 dekabr 2020-ci ildə keçirilən bağlanış mərasiminə 1, 7, 9 və 12 saylı məktəbin bir qrup müəllim və valideyni qatılıb. Tədbirə toplaşanlar öncə şəhidlərimizi yad edib, İkinci Qarabağ Müharibəsində qələbəmizdən məmnunluqlarını bildiriblər.

Layihə rəhbəri Səbuhi Məmmədov (R.Mirabov adına 7 saylı tam orta məktəbin müəllimi), ekspert Etiram Sadıqzadə (Mingəçevir Regional Debat Mərkəzinin sədri), əlaqələndirici Şəmistan Abdullayev və təlimçi İradə Zülfüqarova görülən işlər, əldə olunan nəticələr  barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, 100 nəfərin iştirakı nəzərdə tutulan təlimlərə 116 nəfərin qatılması layihəyə olan ciddi maraqdan irəli gəlib.

Bağlanış mərasimində “Güc birlikdədir” adı ilə intellektual yarış da təşkil olunub.

Şərhlər bağlıdır.