Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb

218

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazilərində xidmət aparan zamanı  Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində  gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə  regional qrupundan APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən rayonun Meşəli kənd sakini Loğman Şirinovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb.

Ooradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı,  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib.

L.Şirinov barəsində  İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati cərimə tətbiq edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər bağlıdır.