Mingəçevirdə suvarma məqsədilə yeni su xətti çəkildi
Bizim.Media-nın məlumatına görə, son mərhələdə 63 diametrli boru xəttinin 1 kilometrlik məsafədə bütün zəruri texniki şərtləri təlblərə uyğun şəkildə quraşdırılaraq başa çatdırılıb.
Boru xətti əsasən Heydər Əliyev prospekti və Nəsimi küçələrinin yaşıllıq zolaqlarını əhatə edib. Bununla da alternativ suvarma xəttinin şəhər üzrə çəkilişləri 22 kilometr məsafəni ötüb.
Qeyd edək ki, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən çəkilən suvarma xətti “Azərsu” ASC-nin nəzarətində olan mövcud xəttə alternativdir və son illərdə şəhərdə icra olunan ən uğurlu və vacib layihələrindən biri hesab olunur.
Ölkənin aidiyyatı qurumları tərəfindən razılaşdırıldıqdan sonra çəkilişinə və yerli icra strukrurunun balansına keçirilməsinə qərar verilib
Bu layihə yaşıllıqlar şəhəri olan Mingəçevirə müstəqil şəkildə bu yaşıllıqları qorumağa imkan verəcək.
Şərhlər bağlıdır.