Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir, Yevlax, Bərdə, Oğuz, Şəki, Ağdaş və Göyçayda məsləhət görüşləri

Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Mingəçevir, Yevlax, Bərdə, Oğuz, Şəki, Ağdaş və Göyçay şəhərlərində icra, təhsil, səhiyyə, mədəniyyət  və statistika işçilərini açıq məlumatlara dair  məsləhət görüşlərinə dəvət edir. Görüşlər 2017-ci il  martın  13-dən  16-dək həmin şəhərlərdə keçiriləcək.

Kimlər iştirak edə  bilər?

-Təşkilatın işini yaxşılaşdıra bilən, açıq məlumatlara və yaxud informasiya texnologiyalara əsaslanan alətlər haqqında müəyyən fikri olan insanlar;

-Fikirlərini konkret iş metodlarına  qədər inkişaf etdirə biləcək insanlara kömək etmək üçün  vaxtının bir gününü  sərf edəcək  proqramçılar və dizaynerlər;

-İdeyalar üzərində komanda işində iştirak etmək istəyən dövlət qulluqçuları və sadəcə maraqlanan ictimaiyyət nümayəndələri.

Bu necə olacaq?

Görüş 3 saat çəkəcək. Tədbiri Polşanın “Linking Media” təşkilatının nümayəndəsi,  media üzrə mütəxəssis Lyaksey Lyavonçik aparacaq.

Görüşün planı:

1. Tanışlıq. Bir-birinin işi ilə tanışlıq

2. Təşkilatın açıq məlumatlardan istifadəsi zamanı yüksək səviyyə ilə tanışlıq

3. Müxtəlif ölkələrdə baş vermiş halların  təqdimatı. Münasib profilli təşkilatlarda açıq məlumatlardan necə istifadə olunurdu.

4. Açıq məlumatlar əsasında  təşkilatlar üçün mümkün layihələrə dair beyin həmləsi

5. Münasib layihə üzrə  biznes planın yaradılması (Layihənin inkişaf planı)

6. İş üçün zəruri olan açıq məlumat axtarışına giriş, xəritəçəkmə üzrə  əsas bacarıqlar və qrafiklərin yaradılması.

7. Sual-cavab .

 

Öz soyadınızı və adınızı, şəhərinizin və təşkilatınızın adını, əlaqə məlumatlarınızı, ideyanızın qısa məzmun və  məqsədini, təşkilatınız üçün faydasını və hədəf auditoriyasını göstərməklə bütün məlumatları   2017-ci il fevralın 22-dək “Görüşdə iştirak etmək üçün” qeydi  ilə datajournalism2017@gmail.com ünvanına göndərə bilərsiniz.

Şərhlər bağlıdır.