MDU

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurası yaradılıb

Universitet idarəçiliyində şəffaflığın daha da artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurası yaradılıb. Şuranın yaradılması “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”ndan və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələblərin icrasına istiqamətlənib.

2019-cu ilin 28 dekabr tarixində MDU-nun İctimai Nəzarət Şurasının ilk görüşü keçirilib. Şura üzvlərini salamlayan rektor Şahin Bayramov universitetin əsas hədəfləri və həmin hədəflərə çatmaq yolunda reallaşdırılması nəzərdə tutulan tədbirlər haqqında məlumat verib. İctimai Şuranın MDU-nun gələcək uğurlarına mühüm töhfələr verəcəyinə əminliyini bildirən Ş.Bayramov universitetlə Mingəçevir şəhər ictimaiyyəti arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasının əhəmiyyəti barədə danışıb.

Görüşdə çıxış edən MDU-nun İctimai Nəzarət Şurasının üzvləri universitet tərəfindən irəli sürülən bu təşəbbüsü bəyəndiklərini və Şuranın fəaliyyətində aktiv iştirak etmək niyyətində olduqlarının dildiriblər. Şura üzvləri tərəfindən universitetlə bağlı çoxsaylı təklif və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, MDU-nun İctimai Nəzarət Şurasının tərkibinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir şəhər Şəhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev, Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov və təqaüdçü Ağagül Əliyev daxil edilib.

Daha çox

Oxşar yazılar

Close