Statistika

2015-ci il ərzində Mingəçevirin ətraf mühitinin vəziyyəti

Sağlamlıq üçün əsas amillərdən biri də ekoloji cəhətdən təmiz ətraf mühitin olmasıdır

Mingəçevir respublikanın sənaye mərkəzlərindən biri olmaqla bərabər həm də ən yaşıl və ekoloji cəhətdən təmiz şəhərlərindən biridir. Şəhərdə sənayenin əsasən elektroenergetika, kimya, yüngül, mədənçıxarma, maşınqayırma və başqa sahələri mövcuddur. Keçən əsrin 60-80-cı illərində xalq təsərrüfatının bütün sahələrinin durmadan inkişafı, o cümlədən bir çox sənaye müəssisələrinin tikilib istismara verilməsi nəticəsində istər-istəməz ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə gətirib çıxarmışdır. Bununla belə təbiəti mühafizə obyektlərinin inşası və yenidən qurulmasına ayrılan investisiyaların kifayət qədər olmaması ətraf mühitin mühafizəsinə mənfi təsir göstərir.

Ekologiyanın o cümlədən havanın, torpağın və su ehtiyatlarının qorunması məqsədilə elmin son nailiyyətlərini, texnoloji proseslərin təkminləşdirilməsi çirkləndirici mənbələrin ləğvi və ya həmin mənbələrin təmizləyici qurğularla təchiz edilməsi üzrə tədbirlərin həyata keçirilməsi və qorunması günün vacib şərtlərindən biridir. Lakin müəssisə və təşkilatlarda ətraf mühitin qorunması üzrə görülən işlər və həyata keçirilən tədbirlər müasir tələblərə cavab vermir. Qeyd etmək lazımdır ki, cəmiyyətin eləcə də insanların sağlamlığı üçün əsas amillərdən biri də ekoloji cəhətdən təmiz ətraf mühitin olmasıdır.

ATMOSFER HAVASININ MÜHAFİZƏSİ

 

2015-ci ildə şəhər üzrə atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2014-cü il ilə müqayisədə 2280,107 ton və ya 10,8 faiz artaraq 23456,727 ton olmuşdur. Atmosferə atılan çirkləndirici maddələrin 4156,727 tonu və ya 17,7 faizi stasionar mənbələrdən, 19300,000 tonu və ya 82,3 faizi isə avtomobil nəqliyyatından olmuşdur.

2015-ci ildə atmosfer havasının mühafizəsi

 

Atmosferə atılan çirkləndirici maddələr

Hesabat ilində çirkləndirici maddələrin əvvəlki illə müqayisəsi

2015-ci ildə

2014-cü ildə

artmışdır (+), azalmışdır (-)

%-lə

Şəhər üzrə – cəmi, ton

23456,727

21176,620

2280,107

110,8

o cümlədən:

stasionar mənbələrdən

4156,727

2076,620

2080,107

200,2

avtomobil nəqliyyatından

19300,000

19100,000

200,000

101,0

 

2015-ci ildə şəhərdə atmosferə atılan cəmi zərərli maddələrin 7,8 faizi və ya 1834,831 tonu bərk maddələr, 92,2 faizi və ya 21621,896 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 9,7 faizini və ya 2093,639 tonunu kükürd anhidridi, 63,4 faizini və ya 13715,331 tonunu karbon-oksidləri, 20,7 faizini və ya 4482,122 tonunu azot-oksidləri, 6,2 faizini və ya 1330,804 tonunu karbohidrogenlər təşkil etmişdir.

2015-ci ildə şəhərdə atmosferə atılan çirkləndirici maddələrin həcminin əvvəlki illə müqayisəsi

 

2015-ci ildə

2014-cü ildə

2015-ci ilin əvvəlki ilə nisbəti, faizlə

Şəhər üzrə – cəmi, ton

23456,727

21176,620

110,8

o cümlədən:

bərk

1834,831

1702,570

107,8

ondan:

his və qurum

1720,000

1700,000

101,2

qazşəkilli və maye

21621,896

19474,050

111,0

onlardan:

kükürd-anhidridi

2093,639

23,830

87,9 dəfə

karbon-oksidləri

13715,331

13576,020

101,0

azot-oksidləri

4482,122

4552,670

98,5

karbohidrogenlər

1330,804

1321,530

100,7

uçucu üzvi birləşmələr

0,000

0,000

0,0

sair qazşəkilli və mayelər

0,000

0,000

0,0

2015-ci ildə Mingəçevirdə atmosferə çirkləndirici maddələr tullayan stasionar mənbələrin sayı 6 olmuşdur. Hesabat ili ərzində 54 çirkləndirici tullantı mənbəyi mövcud olmuşdur ki, onlardan da 87,0 faizi və ya 47-si mütəşəkkil mənbələrdir.

Şəhərin müəssisə və təşkilatları tərəfindən hesabat ilində atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2014-cü ilin yekunları ilə müqayisədə 2080,107 ton və ya 2,0 dəfə artaraq 4156,727 ton olmuşdur.

2015-ci ildə stasionar mənbələrdən atmosferə atılan tullantıların miqdarının artması “Azərenerji” ASC-nin Mingəçevir şəhərində fəaliyyət göstərən müəssisəsinin hesabına olmuşdur. Artmaya təsir edən əsas amil 2014-cü illə müqayisədə 2015-ci ildə müəssisədə qazan qurğularında yanmaya verilən mazutdan daha çox istifadə edilməsidir. Quraşdırılmış qazan qurğularında yanma prosesi tam getdiyinə görə CO (dəm qazı) yaranmır. Layihədə nəzərdə tutulmadığına görə müəssisədə qaz təmizləyici qurğular inşa edilməmişdir.

Atmosferin çirklənməsi onun tərkibində olan tozun, kükürd anhidridinin, karbon və azot oksidlərinin və spesifik qarışıqların miqdarı ilə müəyyən edilir. 2015-ci ildə şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən atmosferə atılan cəmi zərərli maddələrin 2,8 faizi və ya 114,831 tonu bərk maddələr, 97,2 faizi və ya 4041,896 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 51,8 faizi və ya 2093,639 tonu kükürd anhidridi, 1,1 faizi və ya 45,331 tonu karbon 2-oksidi, 46,6 faizi və ya 1882,122 tonu azot 4-oksidi, 0,5 faizi və ya 20,804 tonu karbohidrogenlər təşkil etmişdir.

Bütün stasionar mənbələrdən 2015-ci il ərzində ayrılan çirkləndirici maddələrin hamısı təmizlənmədən atmosferə atılmışdır. Təmizlənmədən atılmış çirkləndirici maddələrin tam əksəriyyəti mütəşəkkil mənbələrdən atılmışdır. Stasionar mənbələrdən tutulan və zərərsizləşdirilən maddələr olmamışdır.

Şəhərin təbiəti mühafizə orqanları tərəfindən hər bir sənaye müəssisəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə işlər aparılır.

2015-ci ildə şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin miqdarı 19300,0 ton olmuşdur ki, bu da 2014-cü il ilə müqayisədə 200,0 ton və ya 1,0 faiz çoxdur.

Hesabat ilində şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin 70,8 faizini və ya 13670,0 tonunu karbon oksidləri, 13,5 faizini və ya 2600,0 tonunu azot-oksidləri, 6,8 faizini və ya 1310,0 tonunu karbohidrogenlər, 8,9 faizini və ya 1720,0 tonunu his və qurum təşkil etmişdir.

 

SUDAN İSTİFADƏ

 

2015-ci ildə şəhərdə təbii su mənbələrindən 2248,17 milyon kub metr su götürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 138,68 milyon kub metr və ya 5,8 faiz azdır. Həmin suyun hamısı yerüstü mənbələrdən götürülmüşdür.

Hesabat ilində şəhərdə su sərfi 913,80 milyon kub metr olmuşdur ki, bu da təbii mənbələrdən götürülən suyun 40,6 faizini təşkil edir. 2014-cü illə müqayisədə su sərfi 33,82 milyon kub metr və ya 3,6 faiz azdır. Məişət-içməli məqsədlərə 6,14 milyon kub metr, istehsalata isə 907,54 milyon kub metr su ötürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq məişət-içməli məqsədlərə 0,86 milyon kub metr və ya 16,3 faiz çox, istehsalata isə 34,39 milyon kub metr və ya 3,6 faiz az sudan istifadə edilmişdir.

İl ərzində suvarmaya 0,12 milyon kub metr su sərf olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə eynidir.

Hesabat ilində şəhərdə suyun nəqli zamanı 524,47 milyon kub metr itkiyə yol verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 116,8 milyon kub metr və ya 18,2 faiz azdır.

Təbiətdən istifadənin iqtisadi tənzimlənməsi sisteminin əsas elementi ətraf mühitin çirklənməsinə görə müəssisə və təşkilatlar tərəfindən ödənilən vəsaitin əsasında ekoloji fondun yaradılmasıdır.

Statistika idarəsi hesab edir ki, şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müəssisə və təşkilatların balansında olan təmizləyici qurğulardan maksimum istifadəyə və ekoloji fonda vəsaitlərin vaxtında ödənilməsinə nail olmaq günün vacib məsələlərindən biridir.

2015-ci ildə atmosfer havasının mühafizəsi və su istehlakı

2015-ci ildə

2014-cü ildə

2015-ci ilin əvvəlki ilə nisbətən, faizlə

 
Atmosfer havasına atılmış çirkləndirici maddələr – cəmi, ton

23456,727

21176,620

110,8

o cümlədən:

stasionar mənbələrdən

4156,727

2076,620

2,0 dəfə

avtomobil nəqliyyatından

19300,000

19100,000

101,0

Su istehlakı – cəmi, milyon kub m.

913,800

947,620

96,4

ondan istifadə olunmuşdur:

təsərrüfat-məişət məqsədlərə

6,14

5,28

116,3

İstehsalata

907,54

941,93

96,3

Suvarmaya

0,12

0,12

0,0

Daha çox

Oxşar yazılar

Close