Statistika

2015-ci ildə mövcud olan əsas fondlar

Mingəçevir Statistika İdarəsinin məlumatı

Mingəçevir respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Şəhər sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri təşkil edir.

Mingəçevirdə sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətini dəyişdirmişdir. “Statistik vahidlərinin Dövlət registri” üzrə 01 yanvar 2016-cı il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 94 olmuşdur ki, onlardan 44-ü 2015-ci il ərzində fəaliyyət göstərmişdir.

2015-ci ildə kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 264,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2015-ci ildə dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 96,7 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 3,3 faizini təşkil etmişdir. Şəhər sənayesinin əsasını elektroenergetika təşkil edir. Hesabat ilində istehsal edilmiş sənaye məhsulunun 95,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 3,1 faizi emal bölməsinin, 1,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,2 faizi mədənçıxarma bölməsinin payına düşür.

2015-ci ildə sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 0,1 faiz və ya 3 nəfər azalaraq 3027 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1784 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 58,9 faizini təşkil etmişdir.

2015-ci ilin əvvəlinə sənaye müəssisələrində 730,0 milyon manat dəyərində əsas fondlar mövcud olmuşdur. Hesabat ilində 9,9 milyon manat dəyərində əsas fondlar daxil olmuşdur ki, onun da 16,5 faizi və ya 1,6 milyon manatı yeni əsas fondların istifadəyə verilməsi hesabına olmuşdur. İstifadəyə verilmiş yeni əsas fondların 83,6 faizi qida məhsullarının istehsalı müəssisələrində, 16,4 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı müəssisələrində olmuşdur. Hesabat ilində 155,7 milyon manat dəyərində əsas fondlar çıxmışdır ki, onun da 0,3 faizi və ya 0,5 milyon manatı silinmiş əsas fondların hesabına olmuşdur. 2015-ci ilin sonuna mövcud olan əsas fondların dəyəri əvvəlki ilə nisbətən 21,0 faiz və ya 155,4 milyon manat azalaraq 584,2 milyon manat təşkil etmişdir. Azalma əsasən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində struktur dəyişikliyi ilə əlaqədar olmuşdur. 2015-ci ildə mövcud olan əsas  fondların 94,9 faizi və ya 554,6 milyon manatı dövlət sektoruna, 5,1 faizi və ya 29,6 milyon manatı qeyri dövlət sektoruna məxsusdur.

2015-ci ildə sənayenin əsas fondlarının 91,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 7,9 faizi emal sənayesi, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 0,2 faizi mədənçıxarma sənayesi müəssisələrində cəmləşmişdir.

 

Sənayedə mövcud olan əsas fondların fəaliyyət növləri üzrə quruluşu

(ümumi yekuna nisbətən, faizlə)

2012

2013

2014

2015

Sənaye üzrə cəmi:

100,0

100,0

100,0

100,0

o cümlədən:

 

 

 

 

dövlət sektoru

94,44

95,80

96,23

94,94

qeyri dövlət sektoru

5,56

4,20

3,77

5,06

Mədənçıxarma sənayesi

0,17

0,11

0,10

0,18

Emal sənayesi

11,06

7,48

6,73

7,93

Qida məhsullarının istehsalı

0,32

0,25

0,23

0,52

İçki istehsalı

0,07

0,06

0,05

0,07

Toxuculuq sənayesi

2,27

0,71

0,64

Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı

0,04

0,03

0,03

0,04

Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

0,06

0,05

0,04

0,06

Poliqrafiya məhsullarının istehsalı

0,02

0,02

0,02

0,02

Rezin və plastik kütlə məmulatlarının istehsalı

4,15

3,27

2,88

3,65

Tikinti materiallarının istehsalı

1,95

1,53

1,40

1,77

Hazır metal məmulatlarının istehsalı

0,22

0,17

0,16

0,20

Kompüter, elektron və optik məhsulların istehsalı

0,26

0,20

0,18

0,23

Elektrik avadanlıqlarının istehsalı

0,79

0,48

0,45

0,56

Maşın və avadanlıqların istehsalı

0,91

0,71

0,65

0,81

Mebellərin istehsalı

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

87,68

91,41

92,90

90,95

Su təchizatı,  tullantıların təmizlənməsi və emalı

1,09

1,00

0,27

0,94

 

Əsas fondların istehsal prosesində səmərəli istifadə edilməsinin əsas göstəricisi olan fondverimi əvvəlki ilə nisbətən 2014-cü ildə 127,7 faiz, 2015-ci ildə 148,7 faiz təşkil etmişdir. Əvvəlki ilə nisbətən 2014-cü ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 22,6 faiz, qida məhsullarının istehsalı sahəsində 76,6 faiz, tikinti materiallarının istehsalı sahəsində 2,1 dəfə, maşın və avadanlıqların istehsalı sahəsində 2,4 dəfə və 2015-ci ildə isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 64,9 faiz, poliqrafiya məhsullarının istehsalı sahəsində 16,9 faiz fondveriminin artmasına nail olunmuşdur. Sənayenin bu sahələrində fondveriminin artması əvvəlki ilə nisbətən məhsul istehsalının artması ilə əlaqədar olmuşdur.

Əsas fondların istifadə edilməsinin əsas göstəricilərindən biri də əməyin fondla silahlanmasıdır. Bu göstərici şəhər sənayesi üzrə əvvəlki ilə nisbətən 2014-cü ildə 112,6 faiz, 2015-ci ildə 79,1 faiz təşkil etmişdir. 2015-ci ildə əvvəlki illə müqayisədə qida məhsullarının istehsalı sahəsində əməyin fondla silahlanması göstəricisi 2,7 dəfə artmışdır ki, bu da yeni əsas fondların istifadəyə verilməsi hesabına olmuşdur. (Əlavə 1)

Müasir dövrdə şəhər sənayesinin qarşısında duran ən mühüm vəzifələrdən biri məhsulun keyfiyyətini yüksəltmək, onu daxili və xarici bazarda rəqabət qabiliyyətli etməkdən ibarətdir. Bunun üçün fiziki və mənəvi cəhətdən köhnəlmiş maşın və avadanlıqlar yeniləri ilə əvəz olunmalıdır. Son illərdə əsas fondların yeniləşməsi müşahidə olunmuşur. Əsas fondların yeniləşmə əmsalı  2014-cü ildə 1,3 faiz, 2015-ci ildə 0,3 faiz təşkil etmişdir. 2014-cü illə müqayisədə 2015-ci ildə qida məhsullarının istehsalı sahəsində əsas fondların yenilışmə prosesi artmışdır.

Əsas fondların yeniləşməsi və sıradan

çıxması (əsas fondların ümumi dəyərinə nisbətən, faizlə)

 

Fondların yeniləşməsi

Fondların sıradan çıxması

2012

2013

2014

2015

2012

2013

2014

2015

Sənaye üzrə cəmi:

0,1

22,1

1,3

0,3

0,1

0,5

0,3

0,1

o cümlədən:

 

 

 

 

 

 

 

 

dövlət sektoru

0,1

23,1

1,3

0,1

0,1

0.3

0.2

0.1

qeyri dövlət sektoru

0,5

4,6

0.9

4.0

1.0

0.3

Mədənçıxarma sənayesi

Emal sənayesi

0,3

2,9

0,4

2,0

0,6

0,2

Qida məhsullarının istehsalı

44,9

İçki istehsalı

Toxuculuq sənayesi

Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı

Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

Poliqrafiya məhsullarının istehsalı

Rezin və plastik kütlə məmulatlarının istehsalı

0,9

0,1

1,3

0,1

Tikinti materiallarının istehsalı

0,1

0,4

Hazır metal məmulatlarının istehsalı

Kompüter, elektron və optik məhsulların istehsalı

Elektrik avadanlıqlarının istehsalı

4,4

1,1

26,8

2,2

Maşın və avadanlıqların istehsalı

Mebellərin istehsalı

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

0,1

24,2

1,4

0,1

0,1

0,3

0,1

0,1

Su təchizatı,  tullantıların təmizlənməsi və emalı

0,1

22,1

0,1

Sənayenin maşın və avadanlıq parkının köhnəlməsi və aşınması səbəblərindən əsas vəsaitlərin 2014-cü ildə 0,3 faizi, 2015-ci ildə 0,1 faizi istismardan çıxmişdır. Hazırda istifadə olunan əsas fondların müəyyən qismi fiziki aşınmış və mənəvi cəhətdən köhnəlmiş maşın və avadanlıqlardan ibarətdir.

 

Əsas fondların aşınması

(əsas fondların ümumi dəyərinə nisbətən, faizlə)

 

2012

2013

2014

2015

Sənaye üzrə cəmi:

3,8

6,6

5,2

3,3

o cümlədən:

 

 

 

 

dövlət sektoru

3,9

6,9

5,3

3,3

qeyri dövlət sektoru

2,2

2,2

2,0

3,3

Mədənçıxarma sənayesi

3,0

6,5

5,2

11,7

Emal sənayesi

1,4

4,2

1,7

2,2

Qida məhsullarının istehsalı

0,2

0,1

1,3

9,4

İçki istehsalı

2,3

2,3

Toxuculuq sənayesi

1,1

12,2

Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı

Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

1,2

1,3

1,2

1,1

Poliqrafiya məhsullarının istehsalı

Rezin və plastik kütlə məmulatlarının istehsalı

1,3

2,8

2,4

2,0

Tikinti materiallarının istehsalı

0,3

0,2

0,4

2,5

Hazır metal məmulatlarının istehsalı

Kompüter, elektron və optik məhsulların istehsalı

3,1

2,7

2,3

2,1

Elektrik avadanlıqlarının istehsalı

4,6

5,4

6,4

6,0

Maşın və avadanlıqların istehsalı

1,3

1,2

0,8

0,8

Mebellərin istehsalı

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

4,2

6,9

5,5

3,4

Su təchizatı,  tullantıların təmizlənməsi və emalı

4,7

8,9

0,9

2,1

2015-ci ildə sənaye potensialının 24,3 milyon manatlıq fondları aşınmışdır və aşınma əmsalı 0,03 təşkil etmişdir. Mədənçıxarma sənayesində aşınma əmsalı (11,7 faiz)  şəhər sənayesi üzrə orta göstəricidən yüksək olmuşdur.

Əsas vəsaitlərin yeniləşmə və çıxma sürətləri, əsas fondların bilavasitə əmək əşyalarına təsir göstərən aktiv hissələri ilə, passiv hissələrinin mütənasibliyinə təsir göstərmiş və onların strukturu da müəyyən dəyişikliklərə məruz qalmışdır. Belə ki, maşın və avadanlıqların dəyərinin əsas fondların ümumi dəyərindəki xüsusi çəkisi 2012-ci ildəki 60,2 faizdən 2014-cü ildə 65,0 faizədək, 2015-ci ildə 70,9 faizədək artdığı halda, bina və qurğuların payı 2012-ci ildəki 38,4 faizdən 2014-cü ildə 34,0 faizədək, 2015-ci ildə 27,4 faizədək azalmışdır.

Əsas fondların strukturunda mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı müəssisələrində aktiv hissə ilbəil daha əhəmiyyətli çəkiyə malik olmuşdur.

Yuxarıda şərh edilənlər göstərir ki, şəhər sənayesində istehsal potensialından istifadə olunmasında bir sıra problemlər mövcuddur. Satış bazarlarının məhdudluğu, xammal və materialların qiymətlərinin dayanıqlı olmaması, istehsal olunan məhsullara tələbatın aşağı olması, köhnə avadanlıqlarla rəqabət qabiliyyətli məhsul istehsal etməyin iqtisadi cəhətdən səmərəli olmaması və s. səbəblər sənaye müəssisələrində istehsal güclərindən lazımi səviyyədə istifadə olunmasına imkan vermir. Bununla belə, hər bir sənaye müəssisəsi bütün imkanları hərəkətə gətirərək sərəncamında olan fondların daha səmərəli istifadə olunmasını təmin etməlidir.

2016-cı ildə dünyada baş verən iqtisadi islahatlar fonunda  ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, idxalın əvəzlənməsi, dövlət dəstəyinin gücləndirilməsi istiqamətində müəyyən qərarlar qəbul edilib. Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı atılan mühüm addımlar müəssisələrə müəyyən sərbəstlik verərək əsas vəsaitlərin yeniləşdirilməsi, onlardan istifadənin yaxşılaşdırılması üçün zəmin yaratmışdır.

 Əlavə 1

Əsas fondların mövcudluğu və istifadə edilməsi

(əvvəlki ilə nisbətənfaizlə)

 

Əsas fondların mövcudluğu

Fondverimi

Fondla silahlanma

2012

2013

2014

2015

2012

2013

2014

2015

2012

2013

2014

2015

Sənaye üzrə cəmi:

103,3

127,0

110,7

79,0

110,4

72,3

127,7

148,7

100,8

124,2

112,6

79,1

Ümumi yekundan:

Dövlət sektoru

101,0

128,8

111,2

77,9

115,8

72,5

123,6

163,3

102,7

125,1

111,4

74,4

Qeyri-dövlət sektoru

168,9

96,0

99,4

105,9

54,6

79,5

188,9

31,7

142,9

96,1

106,6

128,0

Mədənçıxarma sənayesi

215,2

81,5

105,3

142,9

62,7

161,7

92,9

53,2

198,4

47,2

110,3

176,5

Emal sənayesi

97,6

85,9

99,5

93,1

93,6

84,3

193,2

34,6

86,2

90,4

108,1

114,6

Qida məhsullarının istehsalı

100,0

100,0

100,0

180,3

83,8

119,2

176,6

15,0

93,7

121,6

103,2

270,4

İçki istehsalı

100,0

100,0

100,0

100,0

108,0

66,0

98,4

100,0

100,0

100,0

100,0

Toxuculuq sənayesi

100,0

39,5

100,0

100,0

39,5

150,0

Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı

100,0

100,0

100,0

100,0

95,8

8,7

62,3

100,0

133,3

50,0

200,0

Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

83,3

100,0

100,0

100,0

112,5

133,3

66,7

83,3

100,0

150,0

200,0

Poliqrafiya məhsullarının istehsalı

100,0

100,0

100,0

100,0

111,4

88,8

93,3

116,9

90,9

91,9

99,9

120,0

Rezin və plastik kütlə    məmulatların istehsalı

104,8

99,9

97,6

100,0

228,8

80,8

90,2

30,0

94,5

97,8

101,1

161,0

Tikinti materiallarının istehsalı

100,0

99,9

101,2

100,1

113,3

58,8

210,0

71,4

109,8

136,6

82,0

160,9

Hazır metal məmulatlarının istehsalı

100,0

100,0

100,0

100,0

50,0

100,0

40,0

250,0

Kompüter, elektron və optik məhsulların istehsalı

100,0

100,0

100,0

100,0

127,4

20,2

74,2

13,0

100,0

88,0

166,7

166,7

Elektrik avadanlıqlarının istehsalı

63,6

76,6

105,0

97,8

3,3 dəfə

4,6 dəfə

39,8

65,2

51,1

88,1

132,5

141,6

Maşın və avadanlıqların istehsalı

100,0

100,0

100,0

100,0

75,7

64,5

239,4

30,7

83,7

102,8

112,0

97,9

Mebellərin istehsalı

100,0

100,0

100,0

100,0

121,2

131,2

110,5

41,8

100,0

87,9

133,0

3,0 dəfə

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

103,8

132,4

112,5

77,3

112,6

71,0

122,6

164,9

105,5

125,4

114,6

72,3

Su təchizatı,  tullantıların təmizlənməsi və emalı

115,3

117,1

78,1

2

Daha çox

Oxşar yazılar

Close