Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mikayıl Cabbarov fevralın 16-da Mingəçevirdə olub

220

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə ulu öndərin abidəsini ziyarət etdikdən sonra təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən, eləcə də Yevlax, Bərdə və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib, onların şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən işlə təminat, diplomların tanınması, tələbələrin təhsil aldığı bir ali məktəbdən digərinə köçürülməsi, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və ya əsaslı təmiri ilə bağlı olub. Qəbulda 70-ə yaxın vətəndaş iştirak edib.
Görüş zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb. Nazir vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar müvafiq qurumların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib. Digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şərhlər bağlıdır.