Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Təmiz hava” aylığı

Avqustun  8-də  yol polisi  Təbii Sərvətlər və Ekologiya Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə tədbirləri planı üzrə şəhərin bəzi yerlərində “Təmiz hava aylığı” adı ilə reydlər keçirib. Reyd zamanı 40-a yaxın nəqliyyat vasitəsinin  sürücüsü saxlanılıb. Onlardan 20-nə dəm qazının miqdarı normaya uyğun olmadığı üçün inzibati protokol tərtib edilib.

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin təbliğat və təşkilat inspektoru, polis baş leytinantı Tahir Qarayev deyib ki, reyd zamanı nəqliyyat vasitələrinin atmosferə buraxdığı zəhərli qazların miqdarı yoxlanılır: “Avtomaşının mühərrikindən çıxan dəm qazının miqdarı 3,5 faiz olmalıdır.  Əgər bundan artıq olarsa, sürücüyə  50 manat məbləğində cərimə yazılır. “Təmiz hava” aylığı avqust ayının sonuna qədər davam edəcək”.

Şərhlər bağlıdır.