Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Göygöl” ansamblı Mingəçevirdə konsert verib

332

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il  münasibətilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Mingəçevirdə konsert verib. Xalq və bəstəkar mahnıları, rəngarəng rəqslərlə yadda qalan konsert Heydər Əliyev meydanında açıq havada 2 saat davam edib. “İgidlər” rəqsi isə konsertə öz möhürünü vurub. Proqramın sonlarına yaxın Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşimova auditoriya qarşısına çıxıb. Eyni zamanda Bakıdan gələn müğənnilərin də ifaları dinlənilib.

Atəşfəşanlıqla başa çatan konsert proqramını Mingəçevir Şəhər İcra Hakimiyyətinin, digər dövlət qurumlarının rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri izləyiblər.

Şərhlər bağlıdır.