Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra Hakimiyyəti başçısı Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib

Dekabrın 30-da Mingəçevir Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərini Mingəçevir  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ziyarət edib.

Başçı qayğıya ehtiyacı olan uşaqlara salamlarını çatdırıb, can sağlığı arzulayıb. Mingəçevir şəhər Mərkəzi  Xəstəxanasının baş həkimi Eldar Kərimov da balaca fidanların sevincinə şərik olub.

Uşaqlar bir neçə saat ərzində qonaqlarla birgə əylənib, bayramın keyfini çıxarıblar. Onların şəninə şux mahnılar və rəqslər ifa olunub.  Ən unudulmaz məqamlardan biri isə “Şaxta baba” və “Qar qız”ın bayram qatılması, uşaqlara hədiyyələrin verilməsi olub.

Şərhlər bağlıdır.