İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 51 gənc Azərbaycan, 33 gənc isə rus bölməsi üzrə bitirib
Bu tədris ilində Mingəçevirdəki İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 84 gənc (51-i Azərbaycan, 33-ü isə rus bölməsi üzrə) bitirib Onlardan biri- Ülviyyə Əmrahlı qızıl medala, 3-ü isə (Aygün Həsənova, Ülviyyə Nəcəfli, Laçın Bağıyev) fərqlənmə attestatına layiq görülüb. Məktəbin direktoru Xumarə Mikayılova deyir ki, əksər məzunlar Azərbaycanın və Rusiyanın nüfuzlu univeristetlərinə qəbul olunublar. Məktəbin 7-ci sinif şagirdi Gülnarə Səidova isə İtalyanın Venesiya şəhərində keçirilən avarçəkmə üzrə yarışda birinci pilləyə qalxıb.
Valideyn Kamal Nəcəfli bildirib ki, ikinci övladı da ailəyə sevinc yaşadır: “Qızım Ülviyyə Nəcəfli 4-cü qrup üzrə imtahan verib və 598 bal toplayıb”.
Şərhlər bağlıdır.