Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda feodal qəsrini xatırladan məkan tapılıb

Mis pullar, müxtəlif qablar, divar və bürc qalıqları, görünüşcə qədim feodal qəsrini xatırladan məkan Goranboyda aşkarlanıb. Hər hansı mülkədar və ya feodala aid olduğu güman edilən qəsr 3 il öncə ərazidə iş aparan BP əməkdaşları tərəfindən üzə çıxarılıb. Arxeloji tapıntının əhəmiyyəti nəzərə alınaraq, kəmərin marşurutu dəyişdirilib və sahənin yanından ötmək qərara alınıb. Bundan sonra Kərpicli təpədə arxeloqlar işlərə başlanıb. Hələlik 1800 kv m sahəsi üzə çıxarılan qəsr miniatür şəhəri xatırladır. Arxeloji qazıntılar zamanı ərazidə ən diqqət çəkən maddi-mədəniyyət nümunələri isə müxtəlif ölçülü kürə və təndirlər olub. Qazıntı işləri  zamanı həmçinin çay daşlarından inşa edilmiş divarlar, gil, kərpic və saxsı məmulatların bişirilməsi üçün iri soba, su quyularının qalıqları aşkarlanıb. Kərpicli təpədə çox sayda şirəli qablar, Atabəylər dövlətinə aid  edilən mis sikkələr, şüşə məmulatlarının parçaları və qolbaqlar, gil muncuqlar da tapılıb. Arxeloq Vaqif Arifoğlu bildirir ki, qazıntı aparılan qədim məkanın 3D ölçülü modelinin hazırlanması da nəzərdə tutulub. Bu, məlumatların yayılmasına geniş kömək edəcək.

Şərhlər bağlıdır.