Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli tələbələr narkomaniya və alkoqolizmə “YOX” deyirlər

232

Noyabrın 23-də Mingəçevir Turizm Kollecində tələbələrin iştirakı ilə  “Narkomaniya və alkoqolizmlə mübarizə” mövzusunda konfrans keçirilib. Tədbirə şəhərin digər tədris müəssisələrinin fəal tələbələri də  dəvət olunub.

Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tələbələrin elmi yaradıcılığa meylini yüksək  qiymətləndirib. Qeyd edib ki, elmi-yaradıcı axtarışlar tələbələrə ixtisaslarını daha dərin öyrənmək, biliklərini artırmaq və dünyagörüşlərini genişləndirmək imkanı yaradır. O, konfransların  mövzu dairəsini genişləndirməyi, turizm və otelçilik işlərinin ayrı-ayrı  maraqlı və aktual məsələlərinə həsr olunmuş elmi-nəzəri konfranslar təşkil etməyi  tövsiyə edib.

Konfransda Mingəçevir Tibb Kollecinin  tələbəsi Ayşə Qaraməmmədli “Zərərli vərdişlər”, Mingəçevir Dövlət Universitetin tələbəsi Pəricahan Cabbarlı “Qazanılmış immunitet çatışmamazlığı sindromu xəstəliyinin yoluxma mənbələri”, Mingəçevir Turizm Kollecinin tələbələrindən Sevinc Daşdəmirova “Toksikomoniya xəstəliyi”, Aşur Həşimov “Ağ ölüm” və Nazilə Qarayeva “Narkomaniya ilə mübarizə” mövzularında məruzələrlə çıxış ediblər.

Şərhlər bağlıdır.