Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MTK-da 2021-2025-ci illər üçün Strateji İnkişaf Planını təqdim edilib

228

29 oktyabr 2021-ci ildə Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov pedaqoji və inzibati heyətə təhsil ocağının  2021-2025-ci illər üçün Strateji İnkişaf Planını təqdim edib. O, bildirib ki, əsas məqsəd ölkənin xidmət sektorunda (mövcud iaşə və turizm sənayesinin digər müəssisələrində) çalışacaq ixtisaslı kadrlar yetişdirmək, bununla da yerli və xarici turistlərin məmnunluq səviyyəsini yüksəltməkdir: “Kollecdə tədrisin keyfiyyətini yaxşılaşdırmaq, ötən tədris illərindəki çatışmazlıqları aradan qaldırmaq, kadr potensialını və idarəetməni təkmilləşdirmək əsas hədəflərimizdəndir. Biz eyni zamanda elmi və intellektual imkanlarımızı artırmaq və tədqiqat işləri aparmaqla rəqabətqabiliyyətli təhsil müəssisəsinə çevrilə bilərik”.

Kollecin inkişafına maneə olan amillərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin hətata keçiriləcəyini vurğulayan K.Əhmədov sualları da cavablandırıb.

Vətən üçün oğul böyüdənlər Mingəçevir Turizm Kollecində

“Tələbə qızların xəbər dünyası”Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

Şərhlər bağlıdır.