Səhiyyə

Mərkəzi xəstəxanadan bildirirlər ki, analiz aparatı xarab olub

Şəhər sakini Elxan Rəşidov qan analizi verdiyini, amma bu günədək cavabını almadığını deyir

Şəhər sakini Elxan Rəşidov 05.11.2019-cu ildə qan analizi verdiyini, amma bu günədək cavabını almadığını deyir: “Mənə bildirdilər ki, biokimyəvi analizi aparmaq mümkün olmadı. Səbəb kimi də son 3 gündə analizləri yoxlamaq üçün şəhərdə reaktivlərin olmadığını bildirdilər”.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının (MŞMX) direktoru Könül Ələkbərovun mətbuata açıqlamasına görə, xəstənin şikayəti əsassızdır: “Xəstəxanamızda xəstələrə yalnız həkim göstərişi əsasında qan müayinələri təyin olunur. Ola bilər ki, xəstə öz istəyi ilə əlavə analiz istəyib, bundan imtina olunub. Bundan əlavə, bizim qan müayinəsi üçün reak-tivlərimiz heç vaxt bitə bilməz, çünki xəstəxanada hər zaman 3 aylıq reaktiv ehtiyatı olur. Adıçəkilən xəstənin və ya başqasının şikayəti, iradı varsa da, xəstəxana rəhbərliyinə, xəstə hüquqları ilə məşğul olan şöbəyə mü-raciət edə bilər”.
Xəstəxananın baş həkimi Eldar Kərimov isə isə deyib ki, problem xəstəxananın istifadə etdiyi xarici aparatla (Roche Cobas İntegra 400 Plus) bağlıdır: “Aparat xarab olub. Xarici aparatların təmiri uzun çəkdiyindən problem yaranıb. Şikayətçinin qan müayinələri həyati əhəmiyyətli, təcili olmadığından aparat düzələn kimi müayinənin cavablarını götürə bilər.”
MŞMX-nın direktoru Könül Ələkbərovun son məlumatına görə, hələ ki, aparat işlək vəziyyətdə deyil: “Bir müddət əvvəl aparatın plata deyilən hissəsi dəyişilmişdi, hətta bir illik zəmanət də verilmişdi. Plata təkrar yanıb, yenidən təmirə ehtiyac duyulub, bu səbəbdən Bakıdan mütəxəsislər çağırılıb. Aparat düzələn kimi müayinələrə davam ediləcək”.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close