Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ukrayna Trampın şantajının qurbanıdırmı?

ABŞ-ın Ukraynadakı səfirinin səlahiyyətlərini yerinə yetirən şəxsin ifadələri Trampın impiçmenti üçün ən tutarlı əsas ola bilər

Jam-news xəbər verir ki, Ukrayna Amerikanın Kiyevdəki əsas diplomatının – ABŞ-ın Ukraynadakı müvəqqəti səlahiyyətli nümayəndəsi Bill Teylorun çıxışı ilə çalxalanır.

Oktyabrın 22-də o, ABŞ prezidentinin impiçmenti işi üzrə Konqresin qapalı dinləmələrində ifadə verib.

İmpiçment prosedurunun başlanması üçün Trampın Ukrayna prezidenti Zelenskini şantaj edərək, ondan qarşıdan gələn prezident seçkilərində öz potensial rəqibi Co Baydenə qarşı kompromat tələb etməsi ilə bağlı şübhə əsas olub.

• Prezident Trampı yaxın zamanda necə və niyə hakimiyyətdən kənarlaşdırmaq istəyirlər?

• Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nə ilə razılaşıb

CNN Teylorun ifadəsinin ən mühüm sitatlarını şərh edib.

Qeyri-rəsmi diplomatiya

“…ABŞ-ın Ukrayna ilə qeyri-formal, qeyri-rəsmi əlaqə kanalı…”

Bill Teylor Ukraynaya münasibətdə kulis arxası diplomatiyanı həyata keçirənlərin adlarını açıqlayıb: ABŞ-ın Aİ-də səfiri Sondland, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Volker, Trampın şəxsi hüquqşünası Culiani, energetika naziri Perri.

Daha əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarından olan naməlum informator öz rəhbərliyinə şikayət edib ki, Culiani ABŞ-ın təhlükəsizlik sahəsində milli maraqlarının qorunması qaydalarınına əməl etməyərək Kiyevlə birbaşa əlaqə saxlayır.

“Torpağı eşəcəm”

“Səfir Sonland mənə bildirdi ki, o, prezident Zelenskiyə Trampla telefon danışında “araşdırmalardan” söz düşdüyü zaman “Mən torpağı eşəcəm” ifadəsindən istifadə etməsini tövsiyə edib”.

Söhbət Trampın maraqlı olduğu iki aradırmadan gedir.

Birincisi Trampın mümkün gələcək prezident seçkilərində rəqiblərindən biri Co Baydenin oğlunun Ukraynadakı biznesi ilə bağlıdır.

İkincisi isə Ukraynanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Hillari Klintonun xeyrinə seçkilərə müdaxilə etməsi ehtimalını araşdırır.

İlk dəfə and altında şahid Trampın nümayəndəsinin daxili siyasi məqsədlərinə çatmaqda xarici ölkə liderini ona kömək etməyə məcbur etdiyini təsdiqləyib.

Amerikanın ayırdığı hərbi və maliyyə yardımı ilə faktiki şantaj

“…prezident Tramp istəyirdi ki, prezident Zelenski açıq şəkildə bu araşdırmaları aparacağı öhdəliyini üzərinə götürsün”.

Teylorun sözlərinə görə, prezident Tramp istəyib ki, Zelenski açıq şəkildə Baydenin oğlunun Ukraynadakı fəaliyyətini və bu ölkənin Amerika seçkilərinə müdaxiləsi ehtimalını araşdıracağına söz versin.

Onu razı salmaq üçünAmerikanın Ukraynaya göstərdiyi hərbi və maliyyə dəstəyinin dondurulması arqumenti alət kimi istifadə olunub.

ABŞ-ın rəsmi siyasəsətinə daban-dabana zidd

“…Zelenskini açıq şəkildə bu araşdırmaları aparacağına söz verməyə məcbur etmək cəhdi Culianinin qeyri-formal əməlləri ABŞ-ın Ukraynaya münasibətdə rəsmi xəttinə ziddiyyət təşkil edir”.

Teylorun fikrincə, Trampın şəxsi hüquqşünası Culianinin əməlləri Ukrayna tərəfinin ABŞ-ın rəsmi siyasətinəı olan inamını zədələyir.

Şərhlər bağlıdır.