Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısı birinci qrup Qarabağ əlilinə evini isitmək üçün yardım göstərdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 29-da müharibə veteranlarının, eyni zamanda tənha qocaların ziyarətinə gəlib, onlara qarşıdakı bayramlar münasibətilə ərzaq bağlamalarını hədiyyə edib.

Böyük Vətən Müharibəsi veteranı, 99 yaşlı Baba Əliyevin evinə gələn başçı veteranın səhhəti ilə maraqlanıb, ona can sağlığı arzulayıb və 100 yaşının şəhər səviyyəsində qeyd olunacağını deyib. Birinci qrup Qarabağ əlili İlham Həmidovla görüşən İlham İsmayılov ona evinin isidilməsi üçün yardım göstərib. Digər tənha qocalar da başçının ziyarətindən mənun olduqlarını bildiriblər.

Şərhlər bağlıdır.