Mingəçevir Valideynlər Assosiasiyası bölgə gənclərini media ilə əməkdaşlığa cəlb etdi
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi 2021-ci ilin dekabr ayı başlayandan “Bölgə gənclərində media ilə əməkdaşlığa maraq yaradılması” layihəsinə start verib.
4 gün davam edən təlimlərdə 15 iştirakçı mövzu seçməyi və xəbər yazmağı, böyük yazıları kiçik statusa çevirməyi öyrənib. Onlar qrup şəklində çalışaraq, mənbələrlə işləməyi, hətta Kür çayının çirklənməsi, təhsil müəssisələrinin mühafizə olunması və həyətlərə məişət tullantılarının tökülməsi ilə bağlı mövzularda araşdırma aparıblar.
Təlim zamanı gənclər hazırladıqları yazıları çəkdikləri fotolarla birgə WhatsApp və Facebook sosial şəbəkələrində yaradılan qruplara yükləyiblər. Eyni zamanda tanınmış şəxslərin və veb səhifələrin paylaşdıqları statuslar da diqqətlə nəzərdən keçirilib, daha qısa və doğru yazmaq yolları müzakirə olunub, təlimdə hazırlanan təqdimatlar nümayiş etdirilib.
Qarşıdakı günlərdə gənclər dörd gün ərzində öyrəndiklərini müxtəlif əhali qrupları arasında yayacaq və həmin görüşlərə cəlb etdikləri insanların sosial statuslarındakı dəyişiklikləri izləyəcəklər. Gələn il yanvarın axırlarında baş tutacaq sonuncu tədbirdə isə iki ay ərzində əldə edilən nəticələrin müzakirəsi aparılacaq.
Şərhlər bağlıdır.