Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fəhlə daşıyan avtobus yük maşını ilə toqquşdu – YARALANANLAR VAR

Mingəçevirdə yük maşını ilə avtobus toqquşub. Bizim.Media-nın məlumatına görə, hadisə  az öncə şəhərin Gəncə şosesində baş verib. “Shacman” markalı yük maşını arxadan “Daewoo” markalı iri tutumlu avtobusa çırpılıb. Qıza nəticəsində müxtəlif bədən xəsarətləri alan yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.

Avtobusda olan bir neçə sərnişinə isə yerindəcə tibbi yardım göstərilib. Əldə olunan məlumata görə, qəzaya uğrayan avtomobillərdən biri fəhlə daşıyan avtobus olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.