Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans keçirilib

73

2021-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans keçirilib.

Şəhid ailəsi üzvlərinin, MDU-nun İctimai Nəzarət Şurasında təmsil olunan şəhər ziyalılarının, universitet əməkdaşlarının, tələbə və magistrantların iştirakı ilə keçirilən konfransın açılışında rektor Şahin Bayramov çıxış edib.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anadan olmasının 60 illik yubileyinin ölkəmizdə böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qeyd edildiyini bildirən Ş.Bayramov bu əlamətdar gün münasibətilə dövlət başçımızı konfrans iştirakçıları adından təbrik edib, ona möhkəm cansağlığı, Azərbaycan xalqının tərəqqisi, xoşbəxt və firavan gələcəyi naminə yorulmaz və qətiyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük mirası olan müasir və müstəqil Azərbaycanın hazırda etibarlı əllərdə olduğunu vurğulayan rektor cənab İlham Əliyevin qlobal liderlik və məharətli idarəçilik keyfiyyətləri, müdrik və qətiyyətli siyasəti, yüksək intellekti və əzmkar fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, müstəqil, dayanıqlı, dinamik və hərtərəfli inkişafda misilsiz və tarixi nailiyyətlər əldə edildiyini qeyd edib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyi, sarsılmaz dövlət, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanıldığını, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa edildiyini, milli qürurumuzun xilas edildiyini bildirən Ş.Bayramov hazırda Azərbaycanın müstəqillik tarixinin ən parlaq və şanlı dövrünü yaşadığını deyib.

Ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində möhtəşəm Qarabağ Zəfərindən sonra bölgədə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlardan bəhs edən MDU-nun rektoru işğaldan azad edilmiş ərazilərin sürətlə dirçəldilməsi istiqamətində aparılan genişmiqyaslı quruculuq işlərinin hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissləri yaratdığını söyləyib.

Bu gün hər bir azərbaycanlının ən böyük və müqəddəs arzularını reallaşdıraraq onların qəlbində əbədi heykəlini ucaldan İlham Əliyevlə fəxr etdiyini bildirən Ş.Bayramov əlamətdar yubiley münasibətilə Qalib Sərkərdəmizə universitet kollektivinin ən xoş arzularını və böyük ehtiramını çatdırıb.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun əməkdaşlarından professor Veysəl Əyyubov “Yenilməz lider və parlaq gələcəyə uzanan inkişaf yolları”, dosent Esmira Cəfərova “Milli tariximizə böyük uğurlar gətirmiş siyasi varis” və universitetin tələbəsi Qaya Cəfərov “İlham Əliyev ideyalarından güc alan gəncliyimiz” mövzularında çıxış ediblər.

Məruzələrdə qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyası hazırda onun layiqli siyasi varisi, Möhtərəm Prezidentimiz İlham Əlyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir. Tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığı müasir dövrdə Azərbaycan sürətlə inkişaf edir, sosial rifah səviyyəsini yüksəldir və dünyanın siyasi xəritəsində mövqeyini daha da gücləndirir. Möhtəşəm Qarabağ Zəfərindən sonra dövlət başçımızın müdrik və məqsədyönlü siyasəti sayəsində bölgədə yaranan yeni reallıqlar ölkəmizi parlaq gələcəyə aparır, onun suveren və müstəqil inkişafını daha da möhkəmləndirir.

Konfransdan sonra MDU tələbələrinin və Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin əməkdaşlarının iştirakı ilə bədii tədbir keçirilib.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.