QHT

“İctimai Şuralar vətəndaşlarla hökumət arasında körpü rolunu oynayacaq”

Vətəndaş cəmiyyəti fəalları üçün Mingəçevirdə 2 günlük təlim keçirilir

  • Mayın 3-dən Azərbaycan Respublikasınin Prezidenti yanında Qeyri Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şərq-Qərb İdarəetmə İnstitutu Mingəçevirdə birgə layihə çərçivəsində “İctimai Şuraların yaradılması” üzrə iki günlük təlimə başlayıb. Təlimdə həmkarlar və qeyri-hokumət təşkilatlarının, məhəllə komitələri, media və təşəbbüs qruplarının nümayəndələri  iştirak ediblər.

Qeyd olunub ki, İctimai Şuraların yaradılması həyatın tələbinə çevrilib. Belə ki, bu şuralar  vətəndaşlarla hökumət arasında körpü rolunu oynayacaq. Bununla da qarşılıqlı dialoq yaranacaq, vətəndaşlar istək və təkliflərini açıq şəkildə hökumətə çatdıra biləcəklər.

O da bildirlib ki,  İctimai İştirakçılıq haqqında Qanunun ərsəyə gəlməsi üçün Qeyri Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Sosial İqtisadi İnkişaf  Proqramı (SEDA) tövsiyyələrini verib və qanunun işlək mexaznizmini təmin etmək üçün məlumatlandırma təlimləri aparılır.

Qeyri Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov İctimai İştirakçılığın məqsədləri və İctimai nəzarətin zəruriliyi, İctimai İştirakçılığın Azərbaycan modeli, onun formaları  və qanunvericik təminatı haqqında iştirakçılara ətraflı məlumat verib. Onun dediyiunə görə, İctimai İştirakçılıq haqqında Qanun 2014-cü il iyun ayının 1-dən qüvvəyə minib: “Qanun qəbul olunmazdan əvvəl və sonra da belə iştirakçılıq olub. Sadəcə qanun onun çərçivələrini müəyyən edərək, vahid formaya salıb”.

S.Məmmədov İctimai İştirakçılıqla bağlı məsələlərin Konstitusiyadan irəli gəldiyini də vurğulayıb: “Onun xeyli maddələri vətəndaşların bu və ya digər şəkildə dövlətin idarə olunmasında iştirakını təmin edir. Dünya praktikasında vətəndaşlar dövlətin idarə olunmasında iki üsulla-birbaşa və dolayı yolla iştirak edirlər. Dünyada əksərən dolayı iştirak üstünlük təşkil edir. İsveçrədə  ən xırda məsələni yığışaraq referendum yoluyla həll edirlər. Onlar birbaşa iştirakla  hökuməti idarə edirlər.  Bu birbaşa demokratiyadır. Xalq özü qərar qəbul edir, hökumət heç bir rol oynamır.  Bizdə də birbaşa və dolayısı institutlar  fəaliyyət göstərir”.

Ekspert İctimai Şuraların təşkili,  fəaliyyət prosedurları-iclasları, strukturu,  hüquq və vəzifələri,  İŞ-nın reqlamenti, aktları barədə məlumat verib, şuralara seçki qaydalarını izah edib.

Təlim bu gün davam edəcək.

Daha çox

Oxşar yazılar

Close